CORRIGER LES PAROLES

Paroles : Bəzz

Bir ölüb min dirilərik, birimiz hamımız
Hamımız hər birimiz
Çəkilin kənara!
Yerdəki cənnətə gəlirik biz
Bu sanki atalar sözü, atalar məsəlidir
Azərbaycan!
Vətənim Cənab Haqqın şahəsəridir!
Sevgini verib-almaz, hamı eyni sevir səni
Kimsə geri qalmaz
Nurun bu şanlı qələbənin başlanğıcıydı
Generalımız!
Düşmənin hər biri fərari, bizim hər birimiz fədai hər birimiz Babək, hər birimiz Şah İsmayıl Xətai

Növbəti stansiya...

Mərcanlı
Mahmudlu
Soltanlı
Xələfli
Qumlaq
Həkəri
Xurama
Mincivan
Zəngilan
Bartaz
Ağbənd
Seyifli
Təzəkənd
Ağdam
Əsgəran
Xankəndi
Karçevan
Mehri

Bizə yaraşır qələbə, harop güllələnmir, ə üz qarası
Bizə yaraşır qələbə, Bakıya Alov qüllələri və Qız qalası
Mən səndə, hər səndə gördükcə həvəsi nəfəsim ənsəndə
Necə Məshəti yaraşır Gəncəyə, necə Nizami yaşayır Xəmsəndə
Gör götür həm sən də, vaxt tamamdır sonda, gətirək hesabı
Bizə yaraşır qələbə, techno’ya Carabine, rap’ə Okaber, satiraya Sabir
Ara bir daha bir dahi, bir əfsanə gələr dövranə
Bizə yaraşır qələbə, səmazənlərə Mövlanə

Bu silah əldən düşməz, tətiyə basanlar həzz alasıdır
Sanki düşmənə qarşı yenidən qurulan Bəzz qalasıdır
Sanki Spartadır bu, həm xatırladır Çənlibeli 7777 dəli!
Əsgər vətən əmanəti, (yurd) yurd, torpaq
Əmanəti
“Şuşanın dağları” şeirindəki üçrəngli bayraq əmanəti
Qanla yoğrulan torpaqlar gələcək nəsilə etibar
Hət bir Şəhidin müqəddəs ruhuna ehtiram...