CORRIGER LES PAROLES

Paroles : Amur Və Psixeya

Ömür heçə gedir, ayılıram
İndi heyif olub illər
Yenə ən başa qayıdıram
(Ən başa qayıdaram)
Sevib onu bir də
Vecimə də deyil
Onu görüb ən sonuncu dəfə deyim ona bir də
Onun mənə min sevgi borcu var
Amma ki mənim ona bir qəm

Bir dərdim sənsən, min bəndim tək sən
Necə olur itirirəm özümü və silirsən bir səhvimlə sən?
Hiss nədir? - bilməzsən, istərdim gəl sən
Birdən istəsən, bir mən bir də sən

Yeri dolmaz, bil
"Heç unudulmaz" deyib
Keçmişə dön
Sev, sev, sev, sev, sev, sev
Yeri dolmaz, bil
"Heç unudulmaz" deyib
Keçmişə dön
Sev, sev, sev, sev, sev, sev, sev