CAPA/TRACKLIST

Letra : Gecələr

Elə bir gündüzün yorğanıdır ki
Gecələr gündüzü bərk-bərk bürüyür
Günəşin çıxmasını eşidən təki
Gecələr buz kimi tamam əriyir
Gecələr buz kimi tamam əriyir

Gecələr, gecələr, aylı gecələr
Gecələr, gecələr, tənha gecələr
Kiminin sevincini əlindən alır
Kiminin dərdinə dərman gecələr

Gecələr, gecələr, aylı gecələr
Gecələr, gecələr, tənha gecələr
Kiminin sevincini əlindən alır
Kiminin dərdinə dərman gecələr
Kiminin dərdinə dərman gecələr

Gecələr mahir bir bəstəkar kimi
Mahnılar, nəğmələr bəstələyərlər
Körpə balaların təbəssümündə
Həzin nəğmələrə dönər gecələr
Həzin nəğmələrə dönər gecələr

Gecələr, gecələr, aylı gecələr
Gecələr, gecələr, tənha gecələr
Kiminin sevincini əlindən alır
Kiminin dərdinə dərman gecələr

Gecələr, gecələr, aylı gecələr
Gecələr, gecələr, tənha gecələr
Kiminin sevincini əlindən alır
Kiminin dərdinə dərman gecələr
Kiminin dərdinə dərman gecələr