CAPA/TRACKLIST

Letra : Ay Qız

Qaşların kamandır, ala gözlərin
Hər baldan, şəkərdən şirin sözlərin
Bilirəm, sevirsən, amma ki, nədən?
Bilirəm, sevirsən, amma ki, nədən?
Eşqini qəlbində sən gizlədirsən
Eşqini qəlbində sən gizlədirsən

Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Mənim olunca

Mənim ki, varlığım sənə bağlıdır
İntizar çəkməkdən sinəm dağlıdır
Gəl, xatırlayaq biz əhdi-peymanı
Gəl, xatırlayaq biz əhdi-peymanı
Verdiyin vədələr, söylə, bəs hanı?
Verdiyin vədələr, söylə, bəs hanı?

Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Mənim olunca

Qaşların kamandır, ala gözlərin
Hər baldan, şəkərdən şirin sözlərin
Bilirəm, sevirsən, amma ki, nədən?
Bilirəm, sevirsən, amma ki, nədən?
Eşqini qəlbində sən gizlədirsən
Eşqini qəlbində sən gizlədirsən

Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Mənim olunca

Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Ay qız, ay qız, ay qız, gəlləm dalınca
Səndən əl çəkmərəm mənim olunca
Mənim olunca