CAPA/TRACKLIST

Letra : İlk Sevgi

Səni unutmadım qürbət ellərdə
Könlümdə yaşayır qəmli gözlərin
Gecə də, gündüz də xatirələrdə
Yenə görüşünə gəlirəm sənin

Sənli günlərimi yaddaşdan alıb
Səhifə-səhifə varaqlayıram
İllər aciz qalır, xəyala dalıb
Qara saçlarını tumarlayıram

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq
Pıçıldaşardıq...

Bəzən unudaraq dərdi, sərimi
Özümü qayğısız uşaq sanıram
Yadıma salaraq o günlərimi
İlk eşkin oduna alovlanıram
Sənli günlərimi yaddaşdan alıb
Səhifə-səhifə varaqlayıram
İllər aciz qalır, xəyala dalıb
Qara saclarını tumarlayıram

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq
Pıçıldaşardıq...

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq

Nazlı bir baxışdan, şirin bir sözdən
Sevinib quş kimi qanad açardıq
Qaçıb gizlənərdik nəzərdən, gözdən
Səs səsə verərək pıçıldaşardıq
Pıçıldaşardıq...