CAPA/TRACKLIST

Letra : Küləklər

Hər səhər, hər axşam
Hər axşam, hər səhər
Çox zaman sərsəri
Küləklər bixəbər

Hər səhər, hər axşam
Hər axşam, hər səhər
Çox zaman sərsəri
Küləklər bixəbər

Bir yaxın dost kimi
Qapını döyərlər
Küləklər, küləklər
Bəstəkar küləklər

Bir yaxın dost kimi
Qapını döyərlər
Dünyanı dolaşan
Bəxtiyar küləklər

Dünyanı dolaşan
Bəxtiyar küləklər

Ey çılğın küləklər
Nəşəniz daşarkən
Bağların şehindən
Mey sorub coşarkən
Ey çılğın küləklər
Nəşəniz daşarkən
Bağların şehindən
Mey sorub coşarkən

Nalqıran dağları
Atlayıb aşarkən
Məni də alınız
Uçayım dağlara

Nalqıran dağları
Atlayıb aşarkən
Könlümdə nə varsa
Açayım dağlara

Məni də alınız
Uçayım dağlara

Bəziniz qorxulu
Bəziniz qorxusuz
Bəziniz duyğulu
Bəziniz duyğusuz

Bəziniz duyğulu
Bəziniz duyğusuz
Bəziniz qorxulu
Bəziniz qorxusuz
Küləklər, küləklər
Ey sərin küləklər
Sizdə var qoxusu
Hər yerin, küləklər

Küləklər, küləklər
Ey sərin küləklər
Sizdə var qoxusu
Hər yerin, küləklər

Dünyanı dolaşan
Bəxtiyar küləklər