CORRECT LYRICS

Lyrics : Bu Xumar

Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək bu Xumar
Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək o Xumar

Milyon-milyon gözlər baxır mənə
Uzaq adamam
Neçə ruha toxunacam, neçə qulağa
Hədəfin mənəm, çatmırsan nədən?
Qalibəm, qalibəm, qədəhim şərəfə!
Geri dönürəm, geri dönürəm
Zamanı geridən önə
Çəkib geri dönürəm

Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək o Xumar

Sözümüzə qulaq as, “mic online”
Təzə “type on time”
Bizə “vibe” verir yellədən musiqi
İzimə gələnləri tonla sayın
Sizin olsun olmayan “Lambo”
Bizi gəzdirir qara “Vita”
Xumarım tanrıça
Odur musiqimizdəki “Afrodita”
Siz ağ, biz qara damada
Üzümdə iz, qara pomada
Tam fərqlidir bizdəki məclis
Hara mc, hara tamada!
Deyiləm bankir “Rothschild”
Amma meşənizdə mən boss şir!
Yox aslanın dişisi erkəyi
Finiş biz! Budur gerçək
Yeni tərz...
Yenə məst...
Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək bu Xumar

Bu mahnını “play” edib bu fürsətə toxunun
İllərdir zirvədəyəm, yox yüksəklik qorxum
Yoxdur rəqibim, a burada nə var ki, nə dedim?
Ölkədə tək-tük brendik, biz trendin özündəki trendik!

Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək bu Xumar
Yeni tərz, yeri gəlsə, oxu tar
Yenə məst edəcək bu Xumar

Yeni tərz...
Yenə məst edəcək bu Xumar