CORRECT LYRICS

Lyrics : Goodfellas

Öldürmək istəsələr də ölkədə rap'i
Bu bölgədəki rap kölgədədi
Hələ amma sağdı
Birdə ağlı kəm olanlara gələ bilməz elə maraqlı
012 - şəhərimin kodu
Küçələr məkanımız, uyğun deyil "dress code"un
Elə test bunu
Kimi text tutub anlayar, çünki biz də fanatıyıq elə West Note’un
Bu oyun deyil, oyun bağçada olur
Bax çatan olar
Qabın, bax çatlaq olar, sirkə tünd olsa
Demə nolsun?! Olsun!
Fəlakətdir, əgər tərzin dinləyəni yorsa
Bizi dinləyir bütün bu yarımada
Synaps - kombayn bu rap tarlada
Qulaq asır kasıb, həm də varlı da
Çünki musiqimiz ayırmır kasıbı varlıdan

Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı, düzün de
Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı, düzün de