CORRECT LYRICS

Lyrics : Kəndimiz

Dağlar, meşələ
Cənnət guşələr
Yurd salıb könlümüzdə

Hər yan nə gözəl
Gəl, dost, bizə gəl
Qonaq ol kəndimizdə

Sevgiylə coşar
Qaynayıb daşar
Alovlu qəlblərimiz

Hər saat, hər gün
Xoşdur bizimçün
Doğma, əziz kəndimiz

Gənclər, qocalar
Evlər, bacalar
Bir başqa aləmdir bu

Duzlu, məzəli
Dünya gözəli
Doğma, əziz kəndimizdir bu
Hər kəs gülərüz
Bir-bir sapa düz
Dostluğu, səadəti

Qəlblər nur işıq
Burda tapmışıq
Dostluğu, məhəbbəti

Sevgiylə coşar
Qaynayıb daşar
Alovlu qəlblərimiz

Hər saat, hər gün
Xoşdur bizimçün
Doğma, əziz kəndimiz

Gənclər, qocalar
Evlər, bacalar
Bir başqa aləmdir bu

Duzlu, məzəli
Dünya gözəli
Doğma, əziz kəndimizdir bu
Gənclər, qocalar
Evlər, bacalar
Bir başqa aləmdir bu

Duzlu, məzəli
Dünya gözəli
Doğma, əziz kəndimizdir bu