CORRECT LYRICS

Lyrics : Azəri Torpağı

Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim, Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

Olmuşam mən yurdumun Nabranında, Göygölündə
Novxanı bağlarında, digər səfalı yerində
Göz açanda Bakıdan almışam mən ilhamımı
Necə də sevməyim mən doğma Azərbaycanımı?

Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim, Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

Əyandır Bakımın tarixi, keçmiş dünyası
Şirvanşahlar Sarayı, İçərişəhər, Qız Qalası
O vaxtdan bu günə kimi əzizləyir yadigarın
Keçmiş illər xatirin, Azərbaycan diyarın
Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim, Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

Getdikcə qədim Bakı günü-gündən cavanlaşır
Mavi xəzər sahili, hər yan əlvan, yaşıllaşır
Bakıma hər yandan tez-tez qonaqlar axışır
Vətənim çox gözəldir; hamı deyir, hamı danışır

Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim, Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma

Azəri torpağının hamımız övladıyıq
Bakı bizim anamız, ona canla bağlıyıq
Sən saç, ey günəşim, Azərbaycanıma
Əzizdir mənə vətənim
Mən bağlıyam Bakıma