CORRIGER LES PAROLES

Paroles : Yağış İstədim

Bu gün mənim kimi dolmuşdu göylər
Mən yağış istədim, yağmadı yağış
Axdı ürəyimə gözümün yaşı
Buludun gözündən çıxmadı yağış

Baxıb gözlərimə, göylər ağladı
Qarışdı bu yağış göz yaşlarıma
Necə xoşbəxt idi yağan yağışlar
Dönəndə çəmənin naxışlarına

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim
Götürdüm dünyanın hayın, harayın

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim
Yağdı gözlərimdən öz yağış payım

Yağdı gözlərimə, yağdı bu yağış
İlahi, bu necə kövrək yağışdır?!
İsindi həsrətdən sevdalı qəlbim
Damla gözlərimə göylər yığışdı
Baxıb gözlərimə, göylər ağladı
Qarışdı bu yağış göz yaşlarıma
Necə xoşbəxt idi yağan yağışlar
Dönəndə çəmənin naxışlarına

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim
Götürdüm dünyanın hayın, harayın

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim
Yağdı gözlərimdən öz yağış payım

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim

Yağış istədim, yağış istədim
Əl açıb göyə, yağış istədim
Yağdı gözlərimdən öz yağış payım