CORRECTAR LA LETRA

Letra : Tut Ağacı

Tut ağacı boyunca
Tut yemədim doyunca
Tut ağacı boyunca
Tut yemədim doyunca

Yarı xəlvətdə gördüm
Danışmadım doyunca
Yarı xəlvətdə gördüm
Danışmadım doyunca

Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?
Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?

Gedirdim yavaş-yavaş
Ayağıma dəydi daş
Gedirdim yavaş-yavaş
Ayağıma dəydi daş

Səndən mənə yar olmaz
Gəl olaq bacı-qardaş
Səndən mənə yar olmaz
Gəl olaq bacı-qardaş
Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?
Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?

Bakılı balasıyam
Bakıda qalasıyam
Bakılı balasıyam
Bakıda qalasıyam

Gedin o yara deyin
Mən onu alasıyam
Gedin o yara deyin
Mən onu alasıyam

Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?
Mənim balam kimə neylər?
Quzu balam kimə neylər?