CORRIGER LES PAROLES

Paroles : Kor Ərəbin Mahnısı

Həyatın səsləri guşumda həp fəryad şəklində
Bu insanlar ki, qardaşdır və lakin yad şəklində
Bu torpaq qanlı ovlaqdır, bəşər səyyal şəklində
Ədavət daima vardır məhəbbət adı şəklində
Bu dünya əskidəndir səhneyi-bidad şəklində
Cahan başdan-başa meydani-matəmzad şəklində

Nə eşq olaydı, nə aşiq
Nə nazlı afət olaydı!
Nə xəlq olaydı, nə xaliq
Nə eşqi-həsrət olaydı!

Nə dərd olaydı, nə dərman
Nə sur olaydı, nə matəm!
Nə aşinayi-vüslət
Nə bari-firqət olaydı!

Könüldə nuri-məhəbbət
Gözümdə pərdeyi-zülmət!
Nə nur olaydı, nə zülmət
Nə böylə xilqət olaydı!

Tükəndi taqəti-səbrim
Tükəndi taqəti-səbrim
Ədalət ah, ədalət!
Ədalət!
Nə öncə öylə səadət
Nə böylə zillət olaydı!

Nə öncə öylə səadət
Nə böylə zillət olaydı!