CORRIGER LES PAROLES

Paroles : Həyat Sevgisi

Mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dost - aşinadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman
Ümmanı sarsıdır bir acı tufan
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan mən necə əl çəkim?

Mən necə əl çəkim?
İşıqlı dünyadan, dostdan, aşinadan necə əl çəkim?

Sən aldın aşını yeni hisslərdən
Ey cavan qələmim, düşmə bəhərdən
A dostlar, söyləyin, mən bu hünərdən
Bu təbi valadan necə əl çəkim?

Mehriban sevgilim qarşımda durdu
Yenə şairliyim başıma vurdu
Məndən məcnun kimi könül maraqla sordu
“Bu saçı leyladan mən necə əl çəkim?”
Mən necə əl çəkim?
İşıqlı dünyadan, şeirdən, xülyadan mən necə əl çəkim?

Xəzan acısına edib təhəmmül
Gülün kölgəsində ötəndə bülbül
Həyat, həyat!- deyə çırpınır könül
Könüldən, sevdadan mən necə əl çəkim?

Mən necə əl çəkim?
Bu saçı leyladan mən necə əl çəkim?
Mən necə əl çəkim?