CORRECTAR LA LETRA

Letra : Sidrətül Müntəha

Sən hər şeyin sahibi, mənsə qul
Sən Allah, mən sənin qarşında qum dənəsi, kül
Sən əbədisən, mənsə 60 il, uzağı 70 il
Qanımı içən sualların içində itmişəm

Sən hər şeyin sahibi, mənsə qul
Sən Allah, mən sənin qarşında qum dənəsi, kül
Sən əbədisən, mənsə 60 il, uzağı 70 il
Qanımı içən sualların içində itmişəm

Ver nəfəs, ver nəfəs, ciyərlərdə səs
Yoxdur nəbz, durub səs, səssiz ürək, əlimi kəs
Yazmayım, bu mahnı cəhənnəmə aparır, azmayım
Günahlarım çox onsuz da, daha birin də yazmayım

Məscidin qapısın örtdüm arxadan
Tək qalım səninlə, tək, mollasız, yaradılan və yaradan
21 bahar, 21 payız çox axtardı gözlərim səni göylərdə
İndi çöküb, çöküb diz...

Namazlar, dualar, içimdə şübhəli suallar
Tövbələr, tövbələrdən sonra eyni günahlar
Gizli məqamlar, yuxuya get şeytanın pıçıltısında
Qələmi kağıza qardaş elədim möminin sıxıntısında
Səcdələr, rükular, şəddələr, sükunlar
Cəhənnəmdə yoxdur od, günahlarımız odunlar
Dildə fatihə qurudu bombalardan diksinəndə
Bağdad öldü, növbə bizdə, sızdi beyinə isti qanlar

Suallar, suallar, dahilərin böyük əzabı
Cavablar, cavablar hanı sualların cavabı?
Gücsüzəm, qorxağam, bağışla, yox iradəm
İstəyirəm cənnətə, amma kəsiblər siratı

Surələr, ayələr, bağırtılar, nalələr
İçimdəki şeytanın əlində gözəl lalələr
Aldadır, aldanıram, yalan danışır, inanıram
Günah verir, sevinirəm, verməyəndə dilənirəm

Binam silkələnir, ən altda çürük kərpic var
Divarlar sıxılır içimə, işıq gəlir, məscid dar
Çatladıqca minarələr, qulaqlara hüc*mda səslər
Gözlərimin qarşısında ağ geyimli müqəddəslər

Parçalandı pəncərələr, dayandı zaman
Dondu havada çiliklər, işıq göz qamaşdıran
Döndü dünyam əksinə, güzgü, baxıram əksimə
Mələklər, cinlər hər tərəfdən sarılıb üstümə

Bir anlıq məkan dəyişir, içindəyəm cənnətin
Adəm, Həvva, ağac, meyvə, qışqırıram “Dərməyin!”
Şah damarım qopub, axır qanım yerinə damardan irin
Yaradılışın sirləri içimə dolur ilim-ilim
Beyin dözə bilmir, istədim gizlənim Allahdan
Hüceyrələrə qədər ağrı, özümə baxıram uzaqdan
Qanadlarım belimi cırıb, çıxdı bayıra kürəkdən
Dizimin üstə çöküb, dözməyib qışqırdım ürəkdən
“Ah...”