CORRECTAR LA LETRA

Letra : Sevgi Yoxdur

Yeni vərəq, yeni qələm, sevgi sanki cəhənnəm
Ürək sancır, nəfəs gəlmir, sevgi xəstəlik, vərəm
Sevgi cadu kimidir, qanla çəkilmiş pentaqramma
Sağ olsaydı Şekspir, mənim həyatımdan yazardı drama

Bir az stress, koma, “приступ”, arada bir də paranoya
Bu nə zamandır? İnsanlar sanki robot “mamamia”
Yox romantika, ürəklər artıq sevmir
İçi də boşdur hamının, kirayə verilən otaqlar kimi

Oyna uşaqlar kimi, mənim ürəyim oyuncaqdır
Sındır əlini, çıxart gözünü, xeyri yoxdur, yenə də sağdır
Qələm, damar mürəkkəbimdə, qan axır sətirlərə
Lirik fəlsəfəm çevirir orduları əsirlərə

Qaraqanam, H.O.S.T-un oğlu
Yaraları buzla doldur, kim deyir ki, sevgi var?
Mən deyirəm sevgi yoxdur
İndi fərqli hisslər, indi hamı başqa arzularda
Leyli Məcnun sevgisi də ki, boş nağıl arzularda

Dar, insanlar
Onlar özləri özlərindən qorxdular
Unutdular yox olaraq
Arzular, ümidlər, sevgilər ürəklərdə itər
Çünki dar insanlar
Dəlicəsinə sevməkdən qorxdular
Çürüntülər ürəkləri bağladı
Mələklər də içimizi görüb ağladı

Yeni gecə, yeni səhər, sevgi yoxdur, var kədər
Sevgi yoxdur, var yalan, sevgi yoxdur, var zəhər
Sevgi yoxdur, uşaq nağıllarıdır gözəl, əbədi sevgi
Ehtiras var, yalandan deyirlər, səbəbi sevgi

İndi seks və şou, indi heroin və pul əsri
İndi MTV, Sweet Sixteen, Pimp My Ride əsri
İndi Hi5 zamanı, indi “easy life” zamanı
Mobil telefonlar kimi mobil insanlar zamanı

Sülh raketlərdən atılır, yemək paketlərdə satılır
Sevgi yoxdur, hər il yeni bir sevgi çıxır, sonra atılır
Sevgi yoxdur, gizli-gizli parkda sevişmək var
Sevgi yoxdur, dalaşmaq, qırışmaq, didişmək var

Sevgi yoxdur, var dörd təkər üstündə dəmir parçası
Leyli olub bu gün 90-60-90 markası
Sevgi olur qanadlarla, əlvan, sehrli hisslərlə
Sevgi olmur saytdan hazır götürülmüş SMS-lərlə
Dar, insanlar
Onlar özləri özlərindən qorxdular
Unutdular yox olaraq
Arzular, ümidlər, sevgilər ürəklərdə itər

Çünki dar insanlar
Dəlicəsinə sevməkdən qorxdular
Çürüntülər ürəkləri bağladı
Mələklər də içimizi görüb ağladı

H.O.S.T, Qaraqan
Sevgi yoxdur, bu gün sevgi belədir
Görəsən 5 il sonra necə olacaq?