CORRECTAR LA LETRA

Letra : Meqabaytlar

Açılıb yeni gün, dünya yenə tələsir
Fırladır bizi sağa-sola, qurur bizə yenə pul tələsi
Limanlarda əl izim var, gəmilərlə gedəndən sən
Geri gələ bilməyəsən deyə içirəm mən dənizi
Belə tərs baxma, baxışların mənə toxunur
Kepkamı verim sən tax, gör gözlərindən fərsizliyin oxunur
Məni sorsan, deyəcəklər: "Boğulur Paster"
Gör necə keçmiş yenə əllərimdən süzülür, yox olur
Qələmim tükənəcək, bir gün bitəcək yazım
Sevməyin məni rap'ə görə, mənə, mənə görə ölə biləcək lazım
Bitəcək bir gün qış, gələcək yazım
Mən yalnız mənə görə ölə biləcək şəxslərə görə ölməyə hazır

Facebook’da kimin işi "like"larla
Həyatın keçir telefondadır, keçir ömrün saytlarla
Mən ölməmişəm tək qalıb aylarla
Sənin həyatın WhatsApp'dır, yükləyir sənə sevgini meqabaytlarla
Facebook'da kimin işi "like"larla
Həyatın keçir telefondadır, keçir ömrün saytlarla
Mən ölməmişəm tək qalıb aylarla
Sənin həyatın WhatsApp’dır, yükləyir sənə sevgini meqabaytlarla

İçdən cavan öləcək Bakı yaşsız
İçimdə buz dağları var, əriyir okeansız
Bəzənib-düzənir sən özgələrinə öyrənib artıq
Sevgilim mənə görə gözəl idin sən makyajsız
Tarqovu sizə məskən, bir az gəl brend ol amma
Şəhərin tualetlərin gəzib şəkillər çəkdirisən
Çəkirsən "Kent" orada, öyrənib mentola da
Eşitdim sülənirsən küçələri içib El Torado
Şortik gey, gəz, göy göz sevgilim var
Məni yaşadır xatirələrim, mən bədənimə yazdım ön söz, bax
Keçib gedəcək bir gün aramızda nələr olsa
Paster a.k.a Nifrət yaraları yеnə sarıyır
Qorxma, mənim kimi şəxslər girmir McDonald'sa
Asta gəz, gəzdiyin küçələr belə bizim adımızı tanıyır