CORRECTAR LA LETRA

Letra : GƏZİRƏM

Açılıb yeni gün, dünya tələsir...
Fırladır bizi sağa-sola
Qurur bu həyat bizə pul tələsi...
Limanlarda əl izim
Gəmilərlə gedəndən sən bir də geri gələ bilməyəsən deyə içirəm mən dənizi...

Geyinirəm əynimi tez-tələsik
Baxıram pəncərədən çölə, bayırda külək əsir
Baxıram yaşlılar dirənir, səhv olur yeni nəsil
Baxıram şəhərə, gecələr aparır mənzərəsi

Çəkib dalıram, müalicə, həb alıram
Təmirdəyəm – heç kimi görmürəm
Hamıdan uzaqda özümlə danışıb tək qalıram

Yaramı çox sarıdım
Heç kiməm, yoxsa, adım
Tüpürmüşəm diploma, yox savadım
Çox pox-püsür görmüşəm, övladıyam, çünki 90-ların

Ya! Mən zənciri qırdıqca qəlbimdən qıfıllar... açılır
Zirvəyə qalxmıram, daha da enirəm zirvədən sıfıra!
Şəhərim – evim
Qayıdaraq sevinirəm
Bütün bu bütləri devirirəm!
Mənim üçün bir əfsanə yoxdur
Mən tarix oxumuram, özümü tarixə çevirirəm!