CORRECTAR LA LETRA

Letra : Sərhədlər Var

Buzxa***ar indi insanlardan soyuqluğun formulunu öyrənir
Münasibət qurmağ yox, münasibət qırmaq erasında yaşayırıq
Siz də soyuqdan donmamış üstünüzə qalın bir şeylər geyinin
Az gəlsə, bir az da qalın, az gəlsə, bir az da qalın…

Boş daxmaların qıfıllarından
Araba düzəldib yola çıxdım
Xoş anamın sığallarından
Ayrılıb yollarda yoxa çıxdım

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var

Hər günü eyni yaşamaqdan bezdim
Vərdişləri qırmağa başladım
Oturmaqdan yorulmuş ayaqları
Gəzməklə yormağa başladım
Yol cızdım özümə
Mənə cızılan yolları pozmağa başladım
Və anladım ki, gec qalmışam 2008 il
Elə bu andan qaçmağa başladım

Mən özümü itirdim bu yollarda
Məni tapın anama verin mənimi
Deyin - “Özü də gələcək
Sərhədləri silərək”
Əsən hər külək
Gətirəcək lələk

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var

Mən sənin ümidinin baş hissəsi
Sən yaralarından aralana bilmədin
Dən düşəndə ağaran saçlar
Səni qara baxışdan uzaqda qoymadı
Sən qızıl qəfəsin içində bülbül
Endiyin dərələrə zirvələr endi
İtdi bitən ömrünün səs sorağı da
Qara ləkə sayılır sərhədlər indi

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var

Arzular çox böyük, amma
Dünyada sərhədlər var
Doydurublar bizi şirin yalanla
Acı-acı gerçəklər var