ENVIAR LETRAS
Top 100
Lançamentos de álbuns
Artistas
Comunidade
francês
Espanhol
Português
corrija a letra Letra
Dua
por
Uran
Retornar
Letra
DUA #1 Qulağım dolub kir bağlayıb, bağla TV`ni, kiri! Kasıb həyatını anlamayan biri uzatmaz fağıra əlin Mənsəbi məlum, mənbəyi mənfur, məqsədli mamır Rəhmətliyin nəvəsi, xalqa xidmət edəndə axı n`olur? Savad mayalı xəmirdən yoğrular savadlı, ziyalı Savadsız qoyduğun komunnadansa gəzməlisən aralı Nə hüququn bilmir, özü vəzifə xaltasında, sifəti balta! Az maaş bel`çün nalça, baş`çın yastıq - alçaq halda Aldanma, ayıq ol! Qoyun yerinə qoyulduğun azmış Azğınlaşmış cəsarət ədalətin həddini, yolunu azmış Dəmir barmaqlarda saxlanılan həqiqət eşqi bəraətsiz Etiraz ilanına zəhər verən, onu yaradan şərait - siz! İnstinkt! Təsirə bərabər pressinq, zəncirə bükülmüş əl Mübarizə - qandalı əridən, qanı qaynadan birinci təməl Əriyən dəmir qılınca çevrilər, devrilər “devrimsizlik” Bunu isə mühit yaradar, bu nə bizlik, nə də ki, sizlik Nəqarət Allah kömək ol bizə Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə Allah kömək ol bizə Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər Allah kömək ol bizə İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar Allah kömək ol bizə Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar ------------ #2 Şeytan yaşadığım ölkədə məskən salıb, halım Tez-tez dəyişir, nə qədər nifrət paylayar zalım? İmkanımız olsa, çoxu biri-birini diri-diri yeyər İmkanımız olsa, birini susdurarıq, qalanları deyər Əsəbi külək dövrə vurur məmləkətdə zaman boyu Qaçıb süfrədən bərəkət də, amma insan doymur Hər şeyin ən yaxşısı, qızılı rəngdə üfunət Tapıla dəfinə dəfnə aparır acgözü, sonu səfalət Qusacaq ya övladı, ya özü haram yeyənin Gözü doymayanın gözü həmişə düşər halal yeyənə “Ə, haradandır onda pul? Tez alın əlindən! Hamısı mənim olmalı! Yükləyin onun belindən!” İlahi, bilmirəm səbr diləyim səndən, yaxud artıq Vaxtı çatıb - səbr kasasına çox səbr atdıq? Sülh istəyən azadlıq aşiqinin dərisini duzlayıb Zəmanə dirənib, sinirlərimi dartıb, tarazalayıb ------ Nəqarət Allah kömək ol bizə Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə Allah kömək ol bizə Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər Allah kömək ol bizə İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar Allah kömək ol bizə Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar ------ #3 Yalanı və doğrunu ayıra bilək qaynar qazanda Kömək et! Ədalət dilə gəlsin onu basdırdığımız məzardan Kömək et! Övladlarımız, böyüyən yeni nəsil Etdiyimiz səhvləri etməsin və düşmənə yenilməsin Savadsıza təhsil, qorxağa cəsarət, kasıba çörək! Yaradıcı insana ”göz” ver ki, ancaq həqiqəti göstərək! Kömək et! Ədəbazlığa və avamlığa qalib gələk Hidayət ver ”haqqın dərgahı” adı ilə gəlməsinlər kələk Bərabərlik carçılarının acı taleyini şirin et! Kömək et! Dayaz qazılmış düşüncəni dərin et! Evdən uzaq düşən atalar evə əliboş dönməsin Kömək et! Övlad valideynin göz yaşlarını görməsin! Maddiyatın hakim olduğu bir zəmanədə İnsanlar imandan qaçmasın, qoy qaçsınlar xəyanətdən Beyinlərə kömək ol səni axtarsınlar Mənə də kömək ol Tanrım, kömək etdiklərinin sırasında ----------- Nəqarət Allah kömək ol bizə Dizimizə qüvvə ver, əzilsək də yıxılmayıb qalaq ayaq üstə Allah kömək ol bizə Aşağıları şükürlü et, eyni zamanda ədalətli olsun üstlər Allah kömək ol bizə İradəmizi möhkəmlət, çarəsiz insanlar etməsinlər intihar Allah kömək ol bizə Sağlam düşüncə ver, sıxıntılar gətirməsin ömürə son bahar
vídeo de música
Seu nome será publicado. Deixe os campos em branco para permanecer anônimo.
Enviar
Modal title
×
Adicionar mídia
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Lembre de mim
Senha perdida
Entrar
Registrarse