ENVIAR LETRAS
Top 100
Lançamentos de álbuns
Artistas
Comunidade
francês
Espanhol
Português
corrija a letra Letra
Get.
por
Qaraqan
Retornar
Letra
(Verse 1) İllər keçdikcə qorxduğun adamlara dönmək Onlardan biri olmaq, diri olmaq deyil, bu ölmək İllər ötdükcə nifrət elədiyin şeyləri sevmək Bu divarlar möhkəm, yox köməy, yox kömək İllər keçdikcə boz kütlədə tapmağ öz yerini Onlar başqa insanlar deyil, hamısı sənnən biri Onlar da qəhramanlar deyil, səndə olar kimi Çox böyük oyunlarda kiçiy insanlarıq biz bil Artıq neçə ildir ki, valideynlərdən gəlmir kömək Artıq neçə ildir ki, dostlar, şit zarafat, gülmək Artıq neçə il ət parçasına dönüb bu ürək Artıq neçə il uçub gedib çiyinlərdən mələk Və artıq səmalardan yağmır yerə müqədəslik Bir anlıq istəyirsən diz çöküb olasan təslim Bu beton binaların arasında tapmaq sevgi Bu heykəl insanların qəlblərində tapmaq sevgi.. (Chorus) Get, əgər gedə bilirsənsə Qal, əgər dözə bilirsənsə Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə... Get, əgər gedə bilirsənsə Qal, əgər dözə bilirsənsə Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə... (Verse 2) Sevdiyin qəhrəmanları basdırmaq kitablarda Uşaqlıq dostların hərəsi bir ölkədə, uzaqlarda Sevgilinə gedən yol keçdi min cür qucaqlardan Bahardan qalan miras sarı quru yarpaqlarda Qaranlıq otaqlarda, kimsəsiz otaqlarda Həyata fotoalbom kimi baxmaq xəyallardan Və görmək bəzi şəkillərdə sevinc, bəzi şəkillərdə kədər Amma sevinc daha çox idi doxsanlarda Və bir neçə dəfə Bakını tərk etmək birdəfəlik Xarici pasport, viza, qayıtmamağa var əminlik Həyatı yenidən qurmaq hardasa başqa yerdə Və qaranlıq keçmişə boylanıb baxmamaq birdə Bakını unutmaq və yaddan çıxartmaq bu xalqı Tüpür hər şeyə get burdan, bax axı gedir hamı Və əgər bir gün darıxsan, vətən həsrəti çəksən Mən bu torpaqlara çatdıracam sənin salamın (Chours) Get, əgər gedə bilirsənsə Qal, əgər dözə bilirsənsə Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə... Get, əgər gedə bilirsənsə Qal, əgər dözə bilirsənsə Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə... Get...
vídeo de música
Seu nome será publicado. Deixe os campos em branco para permanecer anônimo.
Enviar
Modal title
×
Adicionar mídia
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Lembre de mim
Senha perdida
Entrar
Registrarse