Gözlərim yaşlı qalıbdır
Ürəyim bomboş qalıbdır
Yatağım bumbuz qalıbdır
Dön gəl artıq, nə olar, bəbəyim
Sənsiz, söylə bəs mən neyləyim?
Sən yox ikən bəs mən ölməyim?
Dərdimi, de kimə söyləyim?
Dön gəl artıq, nə olar, bəbəyim
Yaşımın üstə yaş gəlir
Dərdimin üstə dərd gəlir
İsti yatağıma qış gəlir
Gülüm, dön gəl artıq, nə olar, bəbəyim
Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər
Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər
Baharım dönüb qış oldu
Gəncliyim, inan heç oldu
Saçlarım artıq ağardı
Dön gəl artıq, nə olar, bəbəyim
Taleyim məni sınayır
Dostlarım məni qınayır
Ürəyim sənsiz sızlayır
Dön gəl artıq, nə olar, bəbəyim
Yaşımın üstə yaş gəlir
Dərdimin üstə dərd gəlir
İsti yatağıma qış gəlir
Gülüm, dön gəl artıq, nə olar, bəbəyim
Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər
Yetər ayrılıq, yetər həsrət
Keçməz sənsiz dərdlər
Bitsin ayrılıq, bitsin həsrət
Görməz sənsiz bu gözlər