AJOUTER PAROLES
Top 100
Sorties d'albums
artistes
Communauté
Espagnol
Portuguais
Anglais
Correction Paroles
Məna
par
Qaraqan
Retour
Paroles
Mən əllərimlə bağladım gözlərini Mən axtardım və tapmadım bu dərinliyi Və sonra çırpıb yerə qan dizlərimi Bürüsün, köz hisslərimi, sən daxili cəhənnəmim Dözə bilsəydim, sənsiz boş əfsanələr Günah nə səndə, məndə, nə zəmanədə Günah nə şeytanın, nə tanrının, anla, sadəcə belədir tale Ölməlidir pərvanələr Biz səhv zamanda məkanda doğulmuşlar Sürünür ilanlar və bax, uçur quşlar Biz də ayaqları yerdən üzülmüşlər Nə caynaqlarımız uzun, nə də ki, var iti dişlər Sən çəkdiyin rəsmdəki qərib dünya Mənim yazdıqlarım şeirdəki məna Sənin tapdığın tanrı nə qədər gözəl Mən isə axtarıram hələ də, ruhum dolaşır tənha Mən isə axtarıram hələ də, ruhum dolaşır tənha Mən bağladım içimdə şər hisslərimi Mən gizlətdim hər kəsdən od gözlərimi Mən istədim olum adi insan və sən Qəbul edəsən məni və azca sevəsən yəqin Töküldükcə səmadan yerə bombalar Mən topladım göz yaşlarını torpaqdan Mən ağladım körpəsin itirən anayla İçim doldu nifrətlə, oldum qəddar insan Biz səhv zamanda, məkanda doğulmuşlar Uça bildiyimizi bilməyən quşlar Və ağrılarımıza öyrəşib bədən Dəysin qamçılar kürəyimizə, bizlərə xoşdur Yalnız sənlə bitə bilər qaranlıq Minlərlə ölmüş ümidlər və azadlıq Sənin gözlərinə baxdım və anladım Bəsdir bu qədər dərd, saxlayıram vaxtı Gəl, məni qurtar ölümdən Məni çıxar qəfəsdən Ruhum tək və xəstə Bir baxışınla gəl, xilas et məni Gəl, məni qurtar ölümdən Məni çıxar qəfəsdən Ruhum tək və xəstə Bir baxışınla gəl, xilas et məni Gəl, məni qurtar ölümdən Məni çıxar qəfəsdən Ruhum tək və xəstə Bir baxışınla gəl, xilas et məni Gəl, məni qurtar ölümdən Məni çıxar qəfəsdən Ruhum tək və xəstə Bir baxışınla gəl, xilas et məni Gəl, məni qurtar ölümdən Məni çıxar qəfəsdən Ruhum tək və xəstə Bir baxışınla gəl, xilas et məni (Gəl) (Xilas et məni)
clip
Ton pseudo sera publié. Laisses les champs vide pour rester anonyme.
Soumettre
Modal title
×
Ajouter un média
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Se souvenir de moi
Mot passe oublié
Connectes-toi
M'inscrire