AJOUTER PAROLES
Top 100
Sorties d'albums
artistes
Communauté
Espagnol
Portuguais
Anglais
Correction Paroles
Qayıt
par
Okaber
Retour
Paroles
Amandı gəl düzələr zamanla Yaşla bəri başdan keç otur ən başda Qurumadan gözündə damla yaşlar Gəl yenə məni utandır anlayışla Bəstəm yetər onda çağırış var Mənə həsrət betər hər qarğışdan Gəl, gəlişinlə yol çəksin baxışlar Anidən gəl necə qar qışda Gəl dağıt ömrümü qasırğa katrin Qalmasın ömrüm məndə gül xətrin Tanrı vermisən şeytana mələk bətni Məni kül etdi onun gül ətri Sən gəl yenə işin ağını çıxar Başla qəlbi xışla ağılı çıxar başdan Badam gözlü kaman qaşlar Mənə səbr lazım ama göstərir cahar daşlar Gözlərin aldı məni Kəməndə saldı məni Getmə, getmə, gəl, gözəl yar! Getmə, getmə, gəl Amandır qoymayın Yar gözdən saldı məni Getmə, getmə, gəl, gözəl yar! Getmə, getmə, gəl Ay bədirlənib günəşlə bir olanda gəl Saçların ağaranda baxışların solanda gəl Amma son anda gəl Əllərin buza dönəndə nəfəsin daralanda bədənin donanda gəl Bir gün qayıt gəl əllərini təslim edib Kağızlar şahidim olub qələmin təsvir edib Mən də təsdiq edim illərin verdiyi hədər kədər Şəmsin Nəsimini sevdiyi qədər Sən də qayıt gəl yıxmamış məni badə Əslində sevgi necə olur görsün bəni adəm Mən sənin yoxluğunda yazdım can kimisən İçirəm qan kimisən həm Gülüstan kimisən Həm Zimistan kimisən o qədər müqəddəssən Minarələrdən yeri-göyü titrədən səssən Cahanda məhzəl Itəndə qayıt gəl Dirilərin ağzını bağla ölüləri ayılt gəl Bir gün qayıt gəl
clip
Ton pseudo sera publié. Laisses les champs vide pour rester anonyme.
Soumettre
Modal title
×
Ajouter un média
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Se souvenir de moi
Mot passe oublié
Connectes-toi
M'inscrire