Yenə tək başına bir qərib gecədə
Həsrətin nəfəsi üşüdür qəlbimi
Yenə tək başına bir qərib gecədə
Həsrətin nəfəsi üşüdür qəlbimi
Soyuqda, şaxtada tənhayam yenə də
Kaş ki, sən biləydin darıxdım necə də
Soyuqda, şaxtada tənhayam yenə də
Kaş ki, sən biləydin darıxdım necə də
Gəlmirsən, dəniz ol, qoynunda qərq olum
Gəlmirsən, günəş ol, alışım oduna
Hardasan, ümidim? Hardasan? Yoruldum
Bəlkə də unutdun, düşmürəm yadına
Gəlmirsən, dəniz ol, qoynunda qərq olum
Gəlmirsən, günəş ol, alışım oduna
Hardasan, ümidim? Hardasan? Yoruldum
Bəlkə də unutdun, düşmürəm yadına
İllərlə yaşanar sənsizlik taleyim
Gözüm də, ruhum da öyrənib həsrətə
İllərlə yaşanar sənsizlik taleyim
Gözüm də, ruhum da öyrənib həsrətə
Son qərar sənindir, gəlməsən nə deyim?
Mən səni sevmişdim, sevirəm yenə də
Son qərar sənindir, gəlməsən nə deyim?
Mən səni sevmişdim, sevirəm yenə də
Gəlmirsən, dəniz ol, qoynunda qərq olum
Gəlmirsən, günəş ol, alışım oduna
Hardasan, ümidim? Hardasan? Yoruldum
Bəlkə də unutdun, düşmürəm yadına
Gəlmirsən, dəniz ol, qoynunda qərq olum
Gəlmirsən, günəş ol, alışım oduna
Hardasan, ümidim? Hardasan? Yoruldum
Bəlkə də unutdun, düşmürəm yadına
Bəlkə də unutdun, düşmürəm yadına