ENVIAR LETRAS
Top 100
Lanzamientos de álbumes
Artistas
Comunidade
Francés
Portuguese
Inglés
Corrección Letra
Bilən Yoxdur
par
Xumar Qədimova
Regreso
Letra
Bu qatarın adı yoxmuş, sən demə Heç bilmirəm, mənzil başı haradır? Küləkləri mən geymişəm əynimə Saçlarımı səhər yeli daradı Heyrət etdim, dünyanın çox köçünə Hər gün düşdüm min qovağın içinə Sənin yolun sakitliyin içinə Ah, mənim yolum tufanadır, qaradır Bu yaşımda hər dinən saz saz deyil Hər qış qışmı? Hər bahar da yaz deyil Mənə xoşbəxt deyənlər də az deyil Bilən yoxdur, ah, bilən yoxdur Bağrım başı yaradır Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır İnadının yollarından yavaş-yavaş Nəyə lazım bu vuruşlar, bu savaş? Sənin qəlbin əzəl başdan qara daş Mənim qəlbim elə para-paradır Hidayətsiz ömür yoxsa, min yaşa Gəl qarğıma o illərə, bu yaşa Sənə tərəf yüz yol gəlir birbaşa Neyləyim ki, mənim baxtım qaradır? Bu yaşımda hər dinən saz saz deyil Hər qış qışmı? Hər bahar da yaz deyil Mənə xoşbəxt deyənlər də az deyil Bilən yoxdur, ah, bilən yoxdur Bağrım başı yaradır Ah, bu yaşımda hər dinən saz saz deyil Hər qış qışmı? Hər bahar da yaz deyil Mənə xoşbəxt deyənlər də az deyil Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır Bilən yoxdur, bilən yoxdur Bağrım başı yaradır Bağrım yaradır...
videoclip
Tu nombre será publicado. Deje los campos en blanco para permanecer en el anonimato.
Enviar
Modal title
×
Insertar medios
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Recuérdame
Contraseña perdida
Conectarte
Registrarse