ENVIAR LETRAS
Top 100
Lanzamientos de álbumes
Artistas
Comunidade
Francés
Portuguese
Inglés
Corrección Letra
Hörmətlə, Uran
par
Uran
Regreso
Letra
Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) Hər gün özümə baxıram müxtəlif tərəfdən Yıxılıram, dururam, uçuram mən kefdən Bezmişəm zurnadan, qavaldan, dəfdən Qaçıram dərsdən, qulaqlarım batıb səsdən Kömək gözləmə heç kəsdən (heç kəsdən) Dərman axtarıram bəzən TV-yə baxanda Kanalda kimsə tullanıb-düşüb, yaxanda Millətin burnun lazımsız yerə soxanda Körpələr müğənnilərimizdən qorxanda Axanda sel kimi qalmaqal Ora vurma, yeni quruma, məni, səni, bizi yorma Göbələk, ya xurma, "tormoz" kimi durma Girişək şou-biznesə, gəlin qoyağın səsə Basabas salaq, yorulaq, min cür sırğalı qulaq Açıq sinə, bilmirəm kimə deyim nənə, xala Uşaqlar qalmaq istəmir dala, intim söhbətlər, kliplər striptiz Əvvəl bayırda diz, indisə hamı sərbəst Əla olubdur “best”, növbəti olubdur “next” Jurnalda yazılıb “bürclər üçün seks-test” Subay oğlanı qısa "yubka", dar şalvar edibdir məst Kimsə cinsini dəyişib, olubdur tərsəmərs Düşüb restoranlar arasında böyük bəhsəbəhs Nəhs danışmaq, qarışmaq, aranı qızışdırmaq Kamera önündə kişiləri alışdırmaq, iki "tormoz"-u yarışdırmaq Aşmaq reytinq naminə çəpəri Dodağa göbəkdən dəri, utanmayın, girin içəri Bu kiminsə ərinin əri, tökək paltarın üstünə zəri Tökək türkün məsəli mikrofonun üstünə təri (həri) Amma tökməyək yaraya duz, bağlamayaq buz Axı hərə özünə görə olubdur ulduz Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) Uran olmağına şübhəm yoxdur Reper, DJ çoxdur, loxdur kim loxdur? Repin yarısı püf... Cümlədən, qafiyədən hamı toxdur Hələ ki, repdə məşhur bir mövzu səhnəmizdə tutur zu Sizcə “fonoqram” yoxsa canlı? Cavab verim soyuqqanlı, əgər reperə müğənni deyirlərsə Onda rep olacaq mahnı - bir yallı Belə reperə fərqi yoxdur “Fonoqram” çıxacaq, yoxsa çıxacaq canlı Qara repin səhnəmizdə rəngi düm ağdır Burada göbələk çıxmır, bu bizim bağdır Kimin üçünsə fərqi yoxdur, sol da elə sağdır "Oçkonu" təmizləyim? Axı ora ağdır Məncə qaqaş yazanda baxmalısan nə yazırsan Deyəsən çox azırsan, özün özünə dərin quyu qazırsan ("duxsan"!) Lazım deyil "MSB"-ə ilişmə, hərbi söhbətə girişmə Təşkil edək freestyle, deyişmə, Uranla görüşmə Plagiat, “fonoqramma” - məşhur termin, bilən-bilməyən Repi öyrənməyən hamı əlində şüar qışqırırlar "Bizdə milli minus, milli rep var" Mənim dediyim özü də repdə yenilik Başladım, hələlik! Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal (Caspian Clan, Uranı yığışdırın) Klan hər dəfə mənə bir söz deyir Uran görürsənmi bizdə rep-şou başqa paltar geyir Super talant, olur uzun saça bant, birdən-birə qızma, azma Sözlərin çox reper deyib, bağlayarsan qafiyə, yırğalayarsan Sığallayarsan əvvəlcə səhnəni, qoy bir az tanısınlar səni Öyrəşsin publika, sonra AK tətiyi sıxılır Bir-ikisi freestyle'da yıxılırsa, əvvəl nifrətlə Sonra hörmətlə baxılır. Səhnəmiz sıxılır Mən əvvəlcə razılaşıram düzdür Amma sonradan TV-ə baxıb, radionu taxıb qızışıram Vaxtsızlıqla barışıram, mikrofonsuz alışıram Uranla birlikdə hər dalğaya qarışıram İstənilən adamla hər vaxt, hər yerdə yarışıram Bəzən çaşıram, vulkan kimi daşıram Sözlərlə yandırıb lavalaşıram Çox zibilə girib bulaşıram, şıram-şıram sifət "Tormoz" söhbət, vəziyyət, reper olub repçi, süpürgəçi, dəmirçi İmza: Hörmətlə radioaktiv Uran, hədəfi mərkəzindən vuran Qulaqlar sizdədir, mikrofon bizdə, üzdə-gözdə olmayacaq yas Millət "play"-i bas! Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal Uran yaradacaq yeni qalmaqal Endirəcək zərbələri səhnələrə dalbadal
videoclip
Tu nombre será publicado. Deje los campos en blanco para permanecer en el anonimato.
Enviar
Modal title
×
Insertar medios
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Recuérdame
Contraseña perdida
Conectarte
Registrarse