ENVIAR LETRAS
Top 100
Lanzamientos de álbumes
Artistas
Comunidade
Francés
Portuguese
Inglés
Corrección Letra
Qurtul
par
Orkhan Zeynalli
Regreso
Letra
Günəş, parlaq səma, tozlu pəncərə Çərçivə arasından sızan şüa Qəribə ahəng, qəribə qamma Puç olmuş arzular Hər şey çox bəsit, mənasız dünya! Fikirləşir ki, bəlkə, toz olum?! Mən də sızan şüada rəqs edim Amma kölgə var və görünməmək qorxusu Ya da səs olum Qucaqlayım qulaqları və beyni Mən yazıram ki, sən eşidəndə yaşayım Mən bilirəm ki, sən eşitdin, mən yaşadım Hər sətirimdə çək nəfəs və gülümsə Qoy, gözlərində təbəssüm görünsün Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Əgər sən öz hökmünlə barışmağa “yox” desən Əgər sən içdə yatan arzularına “qalx” desən Əgər sən bezib bir gün bu yerləri tərk etsən Yenə də gülümsə, qəm itsin gözlərində Qoy, tükənsin! Xəyallarının hamısı bəsdir artıq, böyü bir az! Həyatda uzaqlarda çox olmusan, amma həyat hələ dayaz Bahar, yoxsa yaz, fərqi yoxdur - sənlə mən kimi Bu təbiətin bir qanunu, sevinclə qəm kimi Sol, gözlərində solan o hisslər kimi Qaç, sevgimizdən qaçan mələklər kimi Bax, bircə dəfə də həyata kor insan kimi Yol uzanmışdı, amma biz tükənmədik ki! Həyatım, sən ömrümdə yoxsan artıq! Bilməsəydi, qərənfil qəmli sayılmazdı, insan ölməsəydi! Döndü attığım hər addım, darıxardım dönməsəydi Ölməsəydi susuz dərviş, bəlkə, ağac əkərdi səhrada?! Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Qurtul bu cəmiyyət qəliblərindən Tələ sevgilər saxlayan Paslı insan qəlblərindən! Mənə yaddır bu səma! Sənə düşmən bu günəş! Yenə qarlı bu dağlar! Budaqlar yarpaqsız! Mənə yaddır bu səma! Sənə düşmən bu günəş! Yenə qarlı bu dağlar! Budaqlar yarpaqsız!
videoclip
Tu nombre será publicado. Deje los campos en blanco para permanecer en el anonimato.
Enviar
Modal title
×
Insertar medios
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Recuérdame
Contraseña perdida
Conectarte
Registrarse