ENVIAR LETRAS
Top 100
Lanzamientos de álbumes
Artistas
Comunidade
Francés
Portuguese
Inglés
Corrección Letra
Pəncərə
par
Orkhan Zeynalli
Regreso
Letra
Xatirələr oyatdı pəncərə nəyə görə?! Hər şey başladı pəncərədən əvvəlcədən Adi kəlmədən, daha nədən? Getməkdən, gəlməkdən, məhəllə-məktəbdən Bir yerdə (hə) gizlincə gəzməkdən İlk sevgi-məhəbbət beləcə yarandı Bu tale-qismət gecədən qaradır O bilmədi nədən başladı soyuqluq Gün gəldi, görüşlər kəsildi biryolluq Qalsa da sevgidiyi uşaqlıq illərində Yaşadı sevgisi ürəyində, dərində Bir gün də o qaldı yalnız Fikrində yalnız o qız... O qız... O qız... Ay məni məndən alıb gedən Dərdlərimi dərdə salıb gedən Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedən! Ləzzəti çörəyimdə, ağrısı kürəyimdə Həsrəti ürəyimdə qalıb gedən! Gecə çatdı səhərə Lay-lay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən... Var bu məhəbbətin davamı Pəncərənin o yanı - qız olan yanı Yağışlar cizgiləridir dünyanın O qız yenə pəncərədə göründü Kənardan adicə görüntü Əslində xəstəlik, üzüntü Həkimlər deyirdi şəfasız Oğlan düşünürdü vəfasız Pəncərədə görüşdü onun baxışları Pəncərədə öpüşdü onun baxışları Pəncərəyə düzdü naxışları Gözündən süzülən yağışları! Çalışdı yarından olsun uzaq Səbəbi o qıza bəllidir ancaq Bu sevgi naminə ayrılsaq Açma pəncərəni Açmaq, uçmaq... Bir daha gəldim o yerlərə Tanış küçə, tanış pəncərə Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq Bir anlıq qayıdaydıq o illərə... Bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq Bir anlıq qayıdaydıq o illərə... Gecə çatdı səhərə Lay-lay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən... Son nöqtəyə yaxınlaşmaq Olmamaq qorxusunu aşmaq Əziyyətlə rahatlaşmaq Zülmdən zülmətə bir anlıq uçuş... Payızın xəzan nəfəsi Yolu qısaltmaq həvəsi Ömrün sonuncu qəfəsi Möhlətdən qismətə bir anlıq uçuş... Nə acizlik, nə igidlik?! Həm ölülük, həm dirilik... Bir bilirikmi? Bilmirik Cəhalətdən Cənnətə bir anlıq uçuş... Cəhalətdən Cənnətə, bəlkədən... Əlbəttə, birinci son dəfə Xəlvətdən xəlvətə Eyvandan həyətə bir anlıq uçuş... Sürünməkdən qurtuluş (Sürünməkdən qurtuluş) Gecə çatdı səhərə Lay-lay dedim şəhərə Açılmadı bir kərə Pəncərən, pəncərən, pəncərən... Pəncərən, pəncərən, pəncərən...
videoclip
Tu nombre será publicado. Deje los campos en blanco para permanecer en el anonimato.
Enviar
Modal title
×
Insertar medios
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Recuérdame
Contraseña perdida
Conectarte
Registrarse