SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
HOST şilləsi
by
Qaraqan
Back
Lyrics
Sözümü tut, bəlkə tapdın özünü orda Gözünü yum, yumşaq oldu bəlkə hər bir hərəkət onda Gizlənim, düş dalımca həyat prinsipində qalib cəmiyyət Hisslərim içində sevgi indi dönüb olub nifrət Parçala və hökm sür - adi fəlsəfə Demirəm çox şeyi ki, birdən səs yayılar hər tərəfə Qulaqlar açıqda şayiələr, hər kəs həvəskar Bir gün eşitməzsə şayiə, qorxur qulaq olar kar Boş cəmiyyət, dol bi raz, xoş gəldik, gül bir az Sən hələ yat, avaralan, boş arzular qur bir az Biz hələ ki, çox ilişəcəyik və ilişdikcə zövq alırıq Sənsə say öz yerində, öz əlinlə gorunu qaz Sizin həyata baxıb nifrət edirəm mən kainata Nə qədər olar?! "ev-iş, iş-ev-çayxana" Ciblərdə pul artdıqca xərcləyirsiniz sağa-sola İnflyasiya! Tək çıxış yolunuz qumarxana Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəli bir ailə baxır tərbiyəsiz seriala Tərbiyəli qız meyl edir tərbiyəsiz paltara Tərbiyədən məsləhət verən tərbiyəsiz müğənni Bu otağa səhv girmisiniz, burda keçir HOST-un əmri İsti-isti döyün dəmiri, bu cəmiyyətin dünəni bəlli Kimin dərdi, sanki dəvədir, kimin dərdi sətirlərdir HOST-un hədəfi şillə vurub, sırğa olmaq qulaqlarda Qeyrət üstdə dava düşür, tərbiyəsiz disko barda Ağızlarda saqqız əvəzi eyni mövzu çeynənir Əvvəlcə gizlənir biraz keçir iylənir Üstü açılır hər zibilin sonra da gileylənir Şardır cəmiyyət, içi də boşdur, HOST batıracaq iynəni Biz gəlirik dəyişməyə, bunu eşidib qorxdunuz Çox vaxt bizi səhv başa düşüb, əməlləri də yozdunuz Yüz maneə qursanız da, HOST dəhlizi sonsuz Tərbiyəli bir cəmiyyət var idi (Onu da siz pozdunuz!) Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Hummer-də gəzən də indi deyingəndir zəmanədən Ən öndə gedən də indi tez-tez dönür əqidədən Əsl üzümüzü gizlətmədən tənqidimizi yağdıraraq Guya ki, bizdən açıq çıxdınız plakatlarımızı cıraraq Biz duraq yol ayırıcında, zəhər qılıncın ən ucunda İnsanların sancarıq biz döyünməyən ürəyindən Kimlərsə öz dirəyindən yapışmışdı biləyiylə Dünya əlini üzməyibdir HOST adlı köməyindən Nəfəs alma, saxla gözlərində qalsın eyni an Pərdə qəribə mənzələri gizlədibdir, budur yandıran Həvəsə döndü bir il əvvəl əyləncəli bir təkan Misralarımız ürək bağçasında zəhərli bir tikan Dağıt yuvanı, dünəni qatla yaddaşında zamanı atla Acı həqiqəti de zarafatla, öz yolunda döngə ol Ya sən bugünkü gün dərdlərinin bir düşməni Ya da ki, qal, əbədi qal, kiminçünsə adi kölgə ol Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə Düz söz güzgüsü nəyi göstərir? Onu çatlatmayın, səhv özünüzdə Tərbiyəsiz cəmiyyətə HOST şilləsi Hələ çox qalacaq izi üzünüzdə
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register