SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Heykəllər
by
Orkhan Zeynalli
Back
Lyrics
Elə şeylər var ki, onlar olur, sadəcə baxırsan Qarışa bilmirsən olanlara, olsan da yaxın sən Gözünü çəkə bilmirsən olanlardan Donub heykəl kimi qalırsan o anlarda Bəs heykəllər? Görən olurlarmı hansısa məqamda insan? Danışardı nələri, əgər insan olmaq alınsa Nələri xatırlayır, nələri çıxara bilmir yaddan? Nələr gəlmir xoş və ya saxlayır həyatda Soruşsaq Sabirdən və o danışsa birdən Görəsən deyərdimi ayılmışıq cəhalətdən? İndi zaman fərqli, dəyişib insanların düşüncəsi Belə deyildi bu millətin iki əsr öncəsi Baxıram Sabirə… Papağına göyərçinlər qonub Danışmır bircə kəlmə belə susub, donub Bəlkə də alınsa da dinməzdi o Onu bu küçədə gördükləri yaman yorub İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri Nəsimi danışardı yəqin bizə Həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda Car çəkməkdə davam edərdi o İnsanın aliliyin və cibində tiryək filanla tutulardı Füzuli deyərdi ki, rüşvətin bu həddə çatacağın Yatsa yuxusuna da gətirə bilməzdi Evləri sökülmüş sakit duran o əhalini illərdir tanıyır Və əmindir ki, bu millət ölməzdi Nizami şikayətlə danışardı gənclər yazan SMS-dən Onlar qəti qaynaqlanmırlar Leyli-dən ya da Qeys-dən Deyərdi bu cümlələri hirslə Bir bilsəydim kimə qalacaq irs Xəmsəm Və ya eşitsə bircə anlıq musiqimizi Hacıbəyov Ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda?! Cavid yəqin ki, dəli olardı Danışılanları eşitsəydi öz milləti haqqında İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri İlləri yola salıb, ötürüb nəsilləri Zamana qalib gəlib keçərək fəsilləri Nələri görüb, bacarsaydı danışardı nələri Bu qocaman şəhərin qoca heykəlləri Yəqin ki, Əhməd Cavad da istərdi daima Dayansın elə bir yerdə ki, görünsün bayrağ Ya da Almas İldırım bəlkə də istəməz Heykəli ucaldıla birləşdirilməmiş torpaq Neçə-neçə insanlar gedib əqidə üstə Bizsə indi yaşayırıq demək olar əqidəsiz Baxış bucağım dəyişir yaşlandıqca Amma hələ də təsəvvür etmirəm Bakını Rəsulzadəsiz
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register