SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Şeytan
by
Okaber
Back
Lyrics
Yoxluğumu tapıb çıxarmağı gəl, əyindən başla Bütün bədənim ölə bilər mənim tək beynimnən başqa Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi Saxta övliyaların hədislərinin xurafatları, Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları" Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi Süni xrizantem göz yaşına qucaq göstərər, Yumru dünyanı bəşər övladına üçbucaq göstərər Arzuların rekviemi qələm, kağız, təknə, dəniz Bozqurdun yaşamağının Turan olduğu tək nədəni Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi Dilimnən düşmür möminin dilindən “Bismillah” kimi Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır O qədər pak və safdı həsəd aparar iblislər İnsanları reallıqlar yaşadırsa, məni hislər Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən? Sən danış “bəlkə”lərindən, mən danışım “məncə”lərimdən Həqiqətin bəlasından danış göstər xətasını, Şeytan gəldi hər kəs gözləyirdi “Xaç Atası“nı
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register