SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
O Dönəcək (Demo Home Recording)
by
Mike Shinoda
Back
Lyrics
Tərk etdiyin o yerdə tək Hər gün eyni ümidlə gözləyərək O dönəcək! Səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı Hər gün səni fikirləşməzdim Daha rahat olardı içim, ağlayardım hər gün bir az Gözüm arxanca qalmazdı Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara Bu tərəflərdə səndən ayrı qalmazdım Amma nə yazıq ki, yazı başqa Sağsan və məndən ayrı, ona görə başqa fikirlər fırlanır başda Səni öldürmək hissi keçir içimdən Buna görə Günəşim, (Günəşim) məni bağışla Sənə ünvanladığım söyüş və qarğışlardır Yəqin işlərinin tərs getməsinin tək səbəbi Qarşısını ala bilmirəm artıq artan əsəbin Mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim? Deyim ki, “Səni sevmirəm artıq”?! Özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən Yoxsa deyim “Səni dəli kimi sevirəm”? Yox, səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən Ya da mobil telefon, hələ də adının sonunda “m” hərfi durur Sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur (Yoxdur qürur) Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə “Zaman unutdurur” kimi boş sözlərə Ya da “Sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır” kimi xoş sözlərə Şablonlardan uzaqlaşmışdım, sənin “O” olduğunu dərk edəndə Ya da ki, hamıdan fərqli “Sən get, mən otururam” deyib məni tərk edəndə Sənin deyərək-gülərək keçirdiyin günlərdə Mən hələ də "Necəsən?" soruşanlara cavabda deyirəm “Belə də” Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə Yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa Bir sevən adam kimi sən həyatı təzahürünlə özünü sevdirə bilmirsənsə Onda sənin sevgin gücsüzdür. Və bu bədbəxtlikdir Tərk etdiyin o yerdə tək Hər gün eyni ümidlə gözləyərək Tərk etdiyin o yerdə tək Hər gün eyni ümidlə, gözləyərək O dönəcək! O dönəcək! O dönəcək! O dönəcək! O dönəcək! Tərk etdiyin o yerdə tək Hər gün eyni ümidlə gözləyərək O dönəcək!
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register